Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2014

"Braziliya çempionata hazır deyil"

FİFA-dan şok bəyanat: "Braziliya çempionata hazır deyil"
FİFA-nın bir neçə nümayəndəsi anonim şəkildə bəyan ediblər ki, Braziliya futbol üzrə dünya çempionatını qəbul etməyə hazır deyil. Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Estadao" nəşri yayıb.

“Bizim indi gördüklərimiz yolverilməzdir. Hətta minimal təhlükəsizlik təminatını da təsəvvür edə bilmərik. Bu, çox pisdir. Biz şübhələnirdik ki, heç də hər şey ideal olmayacaq. Lakin belə problemlərin olacağını ağlımıza gətirmirdik” - FİFA nümayəndələri deyiblər.

“Biz çempionatı bütün planetə necə göstərəcəyik ki, bir sıra stadionlar test sınağından keçirilməyib?! Bədbəxt hadisə baş versə, bunun məsuliyyətini kim daşıyacaq?” - onlar əlavə ediblər.

FİFA nümayəndələri hesab edirlər ki, tətillər böyük problem yarada bilər. Məsələn, ötən gün San-Pauluda metro işçiləri tətil ediblər və nəqliyyat kollapsı yaranıb. Metro hər gün 4,5 milyona yaxın sərnişin daşıyır.
1271 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
14.01.17, 12:40
Qusara 17 sm qar yağdı
14.01.17, 11:52
Mübarizə yolumuz