Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2014

Braziliyada xaos: San Paulo iflic vəziyyətdə

Braziliyada keçiriləcək dünya çempionatı təhlükə qarşısındadır.

Ölkədə davam edən etiraz aksiyaları San Pauloda daha da kritik həddə çatıb.

Bu dəfə metro işçilərinin aksiyası ölkənin ən böyük şəhəri Sao Paulonu iflic edib. Aksiyaçılar prezident Rousseffin iqtisadiyyat sahəsində apardığı siyasətə qarşı çıxdıqlarını və problemlərinin milli yığma ilə olmadığını bildirərək, onlara dəstək olacaqlarını qeyd ediblər.

Dünya çempionatına günlər qala yaşanan təzyiq getdikcə daha da yüksəlir. Çempionata xərclənən pullardan narahat olan minlərlə braziliyalı təhsil, səhiyyə və sosial sahələrə daha çox büdcə ayrılması tələbiylə küçələrə axışır. Gələcək cümə axşamı Braziliya-Xorvatiya arasında baş tutacaq dünya kubokunun açılış matçının keçiriləcəyi ölkənin ən böyük şəhəri San Pauloda ən azı 10 faiz maaşlarında artım istəyən metro işçiləri müddətsiz tətilə çıxıb. Tətil səbəbiylə böyük xaosun yaşandığı şəhərdə 4.5 milyon adamın istifadə etdiyi metro stansiyalarından yarıya qədəri bağlanıb. Metro stansiyalarının bir çoxunun bağlanması ölkədə tıxacların kəskin şəkildə artmasına səbəb olub.
1267 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:55