Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2014

Türkiyədə qanlı atışma

Türkiyənin cənub-şərqində 2 nəfər toqquşmalar nəticəsində həlak olub

Türkiyənin cənub-şərqində iki nəfər güc strukturları ilə toqquşmalar nəticəsində həlak olub.

Diyarbəkir Lice mahalında baş verən atışmalar zamanı daha 4 nəfər isə yaralanıb. Təcili xəstəxanaya çatdırılan yaralalılardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.

Lice mahalında polis bölməsinin inşaasına etiraz edən bir qrup gənc şəhərlərarası yolu nəqliyyata bağlamağa cəhd edib. Nümayişçilərə əsgərlərin müdaxiləsi Diyarbəkir başda olmaq üzrə bütün bölgələri hərəkətə gətirib. İstanbulda isə polis bölməsinin inşaasına etiraz olaraq Okmeydanında bir bələdiyyə avtobusu yandırılıb.

Kürdyönlü ictimaiyyət hesab edir ki, belə infrastrukturun genişləndirilməsi güc idarələri tərəfindən keçirilən kürd nizamlanması prosesinin maraqlarına cavab vermir.

Qeyd edək ki, polis və hərbi birliklər 15 gündür ki, etrazçılara müdaxilə edərək nəqliyyata bağlanılan yolları açır./ans/
1190 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP