Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2014

15 yaşlı qız özünü doğradı

Şəkidə 15 yaşlı qız intihara cəhd edib.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, ötən gün gecə saat 23:45 radələrində Şəki şəhəri, Mikayl Müşviq küçəsi dalan 2 ev 21-də yaşayan 1999-cu il təvəllüdlü, Təhminə Ramiz qızı Həmidova sol bilək nahiyəsinin kəsilmiş və sıyrılmış xəsarəti ilə xəstəxanaya daxil olub. Araşdırma zamanı məlum olub ki, 15 yaşlı Təhminə Həmidova intihar etmək məqsədilə ülgüc vasitəsi ilə sol biləyini doğramaq istəyib. T. Həmidovaya ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. 15 yaşlı qızın hansı səbəbdən intihar etmək istəməsi aparılacaq araşdırmalardan sonra söyləmək mümkün olacaq./apa/
1387 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi