Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2014

Kəraçi aeroportuna hücum: ölənlər var - Video

Son məlumata görə, təhlükəsizlik qüvvələri əməkdaşları ilə silahlılar arasında baş verən atışma nəticəsində azı 5 nəfər ölüb. Ölənlərin sayının artacağı istisna olunmur.

Kəraçi ilə Bakı arasında təyyarə əlaqəsi yoxdur. Bakı-Kəraçi-Bakı təyyarə reysi 2006-cı ilin fevralından dayandırılıb./apa/

***

01.01

Bir qrup silahlı şəxs Pakistanın Kəraçi şəhərinin hava limanına hücum edib. Musavat.com "Frans Press"ə istinadən xəbər verir ki, onlar bütün uçuşların dayandırılmasını tələb edirlər.

Yerli polisin nümayəndəsi Rao Məhəmməd Ənvər bildirib ki, basqınçılar avtomatlar və qumbaralarla silahlanıblar. Hazırda silahlılarla güc strukturlarının əməkdaşları arasında atışma gedir.

Mülki aviasiya idarəsinin nümayəndəsi isə bildirib ki, bütün reslər dayandırılıb.

Ölən və yaralananlarla bağlı hələlik məlumat yoxdur.
1387 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP