Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2014

Metro divarında Kəlimeyi Tövhid (Foto)

“Küfi” xətti ilə yazılmış müqəddəs kəlmələr eyni zamanda Qurani Kərim ayələridir

Avropa və Asiya qitələrini İstanbul (Bosfor) boğazının altı ilə birləşdirən “Marmaray” adlı metro xətinin stansiyalarından birinin divarında müqəddəs kəlama təsadüf edilib.

Diqqətli sərnişinlər divardakı kafellərdə İslamın müqəddəs kəlamlarından olan, “Lə İləhə İlləllah, Muhammədən Rəsulullah” yazısını aşkarlayıblar.

Məlumata görə, “Küfi” xətti ilə yazılmış müqəddəs kəlmələr eyni zamanda Qurani Kərim ayələridir.

“Lə İlahə İlləllah - Allahdan başqa heç bir tanrı yoxdur” /Muhamməd-19/

“Muhammədən Rəsulullah – Muhamməd Allahın elçisidir” /Fəth-29/

Qeyd edək ki, Kəlmeyi Tövhid yazılmış divarın hansı stansiyada olması barədə məlumat verilməyib./ans/


1318 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...