Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2014

Poroşenko: Bu həftə atəş dayandırılmalıdır

Ukraynanın şərq rayonlarında atəş bu həftə dayandırılmalıdır. Bunu Ukrayna prezidenti Petro Poroşenko ölkənin şərqində sülh və sabitliyin yaradılması üzrə üçtərəfli qrupun ilk toplantısında bəyan edib.

Petro Poroşenko deyib ki Normandiyada Fransa, Almaniya və Rusiyanın dövlət başçılarının görühü zamanı əldə olunmuş razılığa uyğun olaraq, , tərəflər sülh planını hazırlamalıdırlar: "Bu həftə atəşi dayandırmalıyıq. İnsanların öldüyü hər gün mənim üçün qəbuledilməzdir. İlk növbədə hər bir vətəndaşın təhlükəsizliyini təmin etmək üçün Ukraynanın övlət sərhədinin işini bərpa olunmalıdır".

Petro Poroşenko sülh planı hazırlananadək üçtərəfli qrupun iclaslarının hər gün keçirilməsini təklif edib.

Ukraynanın şərqində isə fəal hərbi əməliyyatlar davam edir. Ukrayna ordusu Slavyanskda etirazıların nəzarətində olan inzibati binalara zərbələr endirir. Məlumata görə, atəş zamanı iki yanacaqdoldurma stansiyası da məhv edilib.
1189 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08: