Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2014

Hillari Klinton Putindən danışdı

ABŞ-ın keçmiş Dövlət katibi Hillari Klinton Prezident Barak Obamaya gələcəkdə Rusiya ilə bağlı çətin günlərin olacağı xəbərdarlığını edibmiş.

Bu məsələ nüfuzlu “Vaşinqton Post” qəzeti Klintonun xatirələr kitabını nəşr edərkən ortaya çıxıb. Qəzetin məlumatına görə, Klinton kitabında özünü ehtiyatlı siyasətçı kimi təqdim edir. O, 2012-ci ilin iyununda prezidentlərin görüşü öncəsi Obamaya, “Amerikanın qazancları olmayacaq. Çünki Putin hədiyyə vermədi” - deyə xəbərdarlıq edib.

Klinton kitabında vəzifədən getməyinə az qalmış Obamanı Rusiya ilə çətin günlər yaşayacağı xəbərdarlığını etdiyini yazıb:

“Ağ Evdə mənim olduqca sərt mövqeyimi heç kim müdafiə etmədi”.

Klinton həmçinin Putin haqqında çox sərt ifadələr işlədib. O, Putini “Çətin insanlar çətin seçimlər edir” - deyə xarakterizə edib.

Klinton ayrıca rus liderinin yalnız “Güc və zorakılıq” dilini anladığını yazıb.

Xanım siyasətçi Amerikanı da tənqid etməyi unutmayıb. O, ABŞ-ın Rusiya və Yaxın Şərqdəki siyasətinin milli maraqlardan uzaq olduğunu qeyd edib.
1246 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:22