Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2014

Əsgər Bov Berqdah əsir saxlanılmasından danışıb

Əfqanıstanda Taliban tərəfindən beş ildir əsir saxlanılan və ötən həftə sərbəst buraxılan amerikalı əsgər Bov Berqdah əsir saxlanılmasından danışıb.

Berqdah ona qarşı işgəncə verildiyini, dəfələrlə döyüldüyünü deyib.

Həkim nəzarətində olan amerikalı əsgər əsir saxlanıldığı yerdən qaçmağa cəhd etdiyi üçün işgəncələrə məruz qaldığını və bir qəfəsdə saxlanıldığını bildirib. Əsgərin hələ də ailəsi ilə görüşməyə hazır olmadığı vurğulanıb.

Xatırladaq ki, 2009-cu ildə Əfqanıstanda Taliban tərəfindən qaçırılan Berqdahı xilas etmək üçün ABŞ Quantanamo bazasında saxlanılan 5 Taliban üzvünü geri qaytarmalı olub.
1167 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber