Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2013

Suriyalı hakerlər Obamanın saytını dağıtdılar

Prezidentin “Twitter” və “Facebook” səhifələrində “Suriya haqqında gerçəkləri danışan” adlı video yerləşdirilib

Dünya “Suriya elektron ordusu”nun (SEA) hakerləri bildirirlər ki, onlar ABŞ prezidenti Barak Obamanın sosial şəbəkələrdəki akkauntlarını dağıda biliblər.
Ans “Hacker News” saytına istinadən bildirir ki, hakerlər həmçinin prezidentin seçki kampaniyasının aparıldığı saytı da dağıtdıqlarını bildiriblər. Hakerlər əvvəlcə donate.barackobama.com saytına giriblər və müəyyən müddət onu SEA-ya yönəldiblər.

Orada isə “SEA tərəfindən sındırılıb” ifadəsi olub. Amma saytın yazdığına görə, hakerlər prezidentin əsas saytını dağıda bilməyiblər, yalnız onun seçki kampaniyasının istifadə edilən saytına əl uzada biliblər.

Hakerlər prezidentin “Twitter” və “Facebook” səhifələrinə də daxil ola biliblər. Bu profillərər girənlər “Suriya haqqında gerçəkləri danışan” videoya baxa bilərlər. Hakerlər həmçinin prezidentin seçki qərargahının elektron yazışmasına giriş əldə ediblər.
1759 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
29.11.16, 08:09