Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2014

Haaretz: Bəşər Əsəd əleyhinə koalisiya dağılmaq üzrədir

Sionist rejim olan İsrailin Haaretz qəzeti “Əsədlə müxaliflərin bir-birinə dəyməsi” başlıqlı məqalə dərc etməklə, Tel-Əvivin Əsədə qarşı olan cəbhənin dağılmasından narahat olduğunu üzə çıxardı.
Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, qəzet yazır: Vaşinqton ehtiyat edir, Riyaz başını itirib, Qahirə öz problemlərilə məşğuldur. Qarşı tərəfdə isə, Moskva və Tehran Bəşər Əsədin yenidən qələbə qazanması üzərində hesab açıblar.
Hesabata əsasən, Misirin yeni seçilmiş prezidentindən fərqli olaraq, Bəşər Əsəd heç bir siyasi çaşqınlıqla üz-üzə deyil. O asanlıqla özünə müxalif olan yaraqlılarla müharibəni davam edir. Əlbəttə, İran və Rusiyanın yardımı ilə bu yola davam da edəcək.
Həqiqət budur ki, ötən il Bəşər Əsəd heç bir təhlükə ilə üzləşmədi. Qərb onu heç bir təhdidlə hədələmədi, onun mövqelərinə raket və hava hücumu təşkil etmədi.
Haaretz yazının davamında Obamanın Rusiya qarşısında siyasi yanaşma yolunu tənqid edərək yazır: CNN kanalının müxbiri Kristian Emanpura müsahibə verən Amerikanın Suriyadakı sabiq səfiri Robert Ford Obamanın Suriya qarşısındakı bütün siyasətlərini sual altına aldı.
R. Ford bu barədə deyib: “Kimyəvi silahları məhv etməkdən başqa, Suriyada heç bir iş görə bilmədik. Biz Suriyada heç bir siyasi uğur qazana bilmədik.”
Qəzet Rusiya xarici işlər nazirinin müavinin “Bəşər Əsədin yeni quracağı dövlətdə bəzi müxaliflərə yer verəcəyini müsbət yanaşma kimi dəyərləndirmək lazımdır” sözlərinə işarə edərək yazır: Rəsmi Riyazın İran prezidenti Həsən Ruhanini öz ölkələrinə səfərə dəvət etməsi, Küveyt əmirinin Tehrana səfər etməsi və bu əmirliyin Riyaz-Tehran arasında vasitəçiliyə hazır olduğunu bildirməsi, Suriya vəziyyətində dəyişklər yaranmasına mütləq təsir göstərəcək. Amma Riyazın Əsəd qarşısında mövqeyində dəyişiklik baş verməyib.
Səudiyyə Ərəbistanı mediası İran, Misir və Səudiyyənin bir-birilə əməkdaşlığı ilə regionda yeni plan çəkmələri və daha çox təhlükəsizlik və sabitlik yaratmağa meyilli olduğunu yazırlar.
Haaretz təkidlə vurğulayır ki, öz ölkəsinin ərazisini kontrol etmək üçün Əsədin təqribən heç bir narahatlığı yoxdur.
Qəzet Suriyadakı seçkilərdən sonrakı vəziyyətə işarə edərək yazır: Ötən müsibətlərə və ölkənin müxtəlif şəhərlərindən vətəndaşlara qarşı atılan güllələrə baxmayaraq, hazırda ölkə cavanları küçə və prospektlərdə Suriyanın dövlət himnini oxuyurlar. Ölkənin video portalları Əsədin qələbə qazandığını göstərən film və seriallar hazırlayıb yayımlamaqla məşğuldurlar.
Haaretz yekun nəticə olaraq yazır: Bütün təfərrüatlara baxmayaraq, Əsəd dövlətinin nəinki öz ordusunu maddi təchiz etmək baxımından problemi yoxdur, əksinə, bu qələbəni nümayiş etdirmək gücünə də malik olduğu nəzərə çarpır.
1187 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 10:22