Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2014

Azərbaycan Ordusunun hərbçiləri qəza törədib, yaralananlar var

Azərbaycan Ordusunun hərbçiləri qəza törədib.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, İmişli rayonu ərazisində gizir Siruz Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil “KamAZ” markalı yük maşını ilə toqquşub. Nəticədə ağır xəsarətlər alan hərbçi hospitala yerləşdirilib.

Daha bir hadisə isə Bakının Qaraçuxur qəsəbəsində qeydə alınıb. Azərbaycan Ordusunun zabiti, mayor Rövşən Yusifovun idarə etdiyi “Opel” markalı avtomobil yolun əks istiqaməti ilə hərəkətdə olan “Mercedes” markalı minik maşını ilə toqquşub. Nəticədə R.Yusifov yüngül xəsarət alıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən hər iki faktı təsdiqləyiblər. Bildirilib ki, qəzaya düşən gizir S.Məmmədovun ağır qiymətləndirilir. Mayor R.Yusifov isə ilkin müayinədən sonra xidməti yerinə qaytarılıb./apa/
1142 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP