Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2014

Suriyada tunellər müharibəsi – Fotolar

Suriya döyüşlərində tunellər ən qabarıq elementlərdən hesab olunurlar. Ordu ondan az istifadə edir. Lakin terrorçu qruplaşmalar yardım çatdırma və özünü müdafiə etmək məqsədilə ondan geniş şəkildə istifadə edirlər.
Nur-az.com-un ABNA-ya istinadlı məlumatına əsasən, tunellər müharibəsi Suriyada baş verən müharibənin bir növüdür. Son vaxtlar Suriya ordusu tunellər qazmaqla yaxud terrorçuların tunellərini kəşf edib partlatmaqla bu müharibəyə başlamışdır.
Əl-Məyadin kanalı bəzi tunellərin videosunu yayımlayaraq Suriya qarşıdurmalarında tunellərin roluna işarə edərək deyir: Fransa xəbər portalının verdiyi açıqlamaya əsasən, bu tunelləri Suriya ordusu Dəməşqin şərq girişinə yaxın yerdə qazmışdır.
Suriyanın ordu qüvvələrindən biri dedi: Tunellər neçə növdür. Tunellərin bəziləri məntəqədki qüvvələrə yardım etmək məqsədilə istifadə olunur. Başqa növü qüvvələrlə yeraltı əlaqə saxlamaq üçündür. Digər növü isə, yaraqlı terrorçularla mübarizə aparmaq üçün istifadə edilir.
Hesabatın davamında deyilir: Silahlı terrorçular tunellər müharibəsinin digər tərəfi hesab olunurlar. Bu məsələ təkcə Dəməşq ətrafı ilə məhdudlaşmır. Əksinə, ordu ilə şiddətli müharibələrin getdiyi Suriyanın müxtəlif məntəqələrini də əhatə edir.
Bu məntəqələrdəki tunellər terrorçuların bir-birinə yardım etməsi və Suriya ordusunun hücumundan amanda qalmaq üçün istifadə etdikləri mühüm elementlərdəndir.
Suriya ordusunun zabitlərindən biri terrorçuların tunellərinin kəşf edilmə üsulu haqqında dedi: Səsin mənbəyini müəyyən etməklə tunellərin yerini diqqətlə təyin etməyə çalışırıq. Obyekt müəyyən edildikdən sonra, tunelə atəş açırıq və ya tuneli bağlayırıq.
Hesabatın davamında deyilir: Hərbi mənbələrin verdiyi məlumata əsasən, Suriya ordusunun müxtəlif yerlərdə irəliləməsini təxirə salan ən mühüm elementlərdən biri də tunellərdir. Terrorçularla müqayisədə Suriya ordusu tunellərdən daha az istifadə edir. Terrorçular Homs, əl-Qusəyr, Duma, Ədra, Cubər və sair bölgələrdə öz tunellərini hazırda istifadə edilməyən, qədim kanalizasiya xətlərinə birləşdirmişlər. Belə tunellərin qazılması üçün çoxlu əziyyət çəkmək lazımdır. Misal olaraq, terrorçular Homs və Dumada oğurladıqları şəxsləri tunel qazmağa məcbur edirdilər.


1265 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı