Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2014

Samirraya hücumun aqibəti – Fotolar (18+)

Allaha şükürlər olsun! İraq ordu qüvvələri Samirra şəhərini tamamilə İŞİD terrorçularından təmizləməyə müvəffəq oldular.
Nur-az.com-un ABNA-ya istinadlı məlumatına əsasən, İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına üzv olan terrorçular Samirra şəhərini ələ keçirib burada olan İmam Əli Nəqi (ə) və İmam Həsən Əskərinin (ə) hərmlərini dağıtmaq məqsədilə bu müqəddəs şəhərə hücum etmişdilər.
Samirra şəhərinin paklanması İraqın Terrorizmlə Mübarizə İdarəsinə tapşırılmışdı. Bu idarənin mətbuat xidmətinin rəisi Səbah ən-Noman dünən elan edib ki, İŞİD-ə bağlı 100-dən çox terrorçu məhv edilib və onların 20 maşını sıradan çıxarılıb. Təhlükəsizlik qüvvələri dünən bütün Samirraya nəzarəti ələ aldılar.
İraqın Səlahəddin əyalətinin icra başçısı Əhməd əl-Cəburi isə bu barədə deyib: Samirrada İŞİD-ə bağlı 11 terrorçu həbs edilib.
Əl-İraqiyyə telekanalına müsahibə verən İraq şiələr vəqfinin rəisi Saleh əl-Heydəri İŞİD-in məğlub olduğunu elan etməklə yanaşı, ölkənin ordusuna da təşəkkür etdi.
O, İŞİD-in Samirraya hücum etməkdə məqsədinin müqəddəs hərəmi dağıtmaq olduğunu təkidlə vurğuladı. Ordu ilə əməkdaşlıq edən xalqa da təşəkkür edərək bildirdi: Mübarək Əskəriyyə hərəmi Samirra şəhərinin ürəyində yerləşir. Bu şəhərin əhalisinin əksəriyyəti özlərini İmam Əli Nəqi (ə) və İmam Həsən Əskərinin (ə) ardıcılları bilirlər. Buna görə də, onların ordu ilə əməkdaşlıq etməsi heç də təəccüblü deyil.
Qeyd edək ki, Samirraya onlarla maşın və buldozerlə hücum etmiş İŞİD üzvləri bu şəhəri ələ keçirmək və müqəddəs hərəmi dağıtmaq istəyirdilər. Amma İraq ordusunun sərt müqaviməti nəticəsində arzuları ürəklərində qaldı, məğlub olub, pərakəndə şəkildə şəhərdən qaçmağa məcbur oldular.

İndi isə, İraq ordusu tərəfindən Samirrada zərərsizləşdirilmiş terrorçuların fotolarını sizinlə paylaşırıq:



2626 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber