Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2014

Putin: Terrorçular gec ya tez Avropaya ayaq açacaqlar

Novosti portalı məlumat verib ki, Rusiya prezidenti Vladimr Putin Suriyada fəaliyyət göstərən terrorçular barədə xəbərdarlıq edib və deyib: Bu terrorçular gec ya tez Avropanın da sorağına gələcəklər.
Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına əsasən, V. Putin Fransaya səfəri astanasında Fransa telekanalının suallarına cavab verərkən Suriya böhranı və bu ölkədəki terrorçular barədə də fikir bildirib.
O deyib: Əgər Suriya böhranı məsələsində səhv addım atılsa, bu ölkə asanlıqla terrorçuların başqa ölkələri, o cümlədən Avropanı təhdid etmək üçün poliqona çevriləcək.
Əl-Qaidəyə bağlı təşkilatlar Suriyada faciə yaratmaqla məşğuldurlar. Heç kəs bu həqiqəti dana bilməz.
Biz ciddi şəkildə Suriyanın süqutundan narahatıq. Necə ki, belə bir hal Sudanda baş verdi. Biz vəziyyətin İraqda baş vermiş səmtə irəliləməsindən narahatıq. Biz Suriyanın növbəti Əfqanıstana dönəcəyindən qorxuruq. Buna görə də, biz Suriyada hazırkı dövlətin öz leqallığını qorumasının tərəfdarıyıq. Sonra tədricən Suriya xalqı, özümüzün avropalı və amerikalı tərəfdarlarımızla bu ölkədə olan humanitar vəziyyəti qaydaya salmağa çalışaq.
1141 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı