Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2014

Uzun yol

1859-cu ilin avqustunda Qunib dağında Şeyx Şamil öz döyüş köhlənindən düşüb, böyük bir əsir kimi knyaz Baryatinskiyə təslim olur. İmam sol ayağını azca irəli atıb bir daşa dirəyir, sağ əlini qılıncının dəstəyinə aparır, dumanlı gözlərini dağlara zilləyərək deyir:
-Sərdar! İyirmi beş il bu dağların və dağlıların namusunu, şərəfini qoruyaraq vuruşmuşam. Döyüşlərdə aldığım 17 yara hələ də göynəyir, heç vaxt sağalmayacaq. İndi özüm də, doğma torpağım da sizin öhdənizdəyik.
Əsir olmuş Şeyx Şamil Peterburqacan bir ay yol getməli olur. Peterburqda imperator ondan soruşur:
-Yollar sənə necə göründü?
-Böyük məmləkətdir. Çox böyükdür.
-İmam, de görüm, əgər mənim dövlətimin bu qədər böyük və qüdrətli olduğunu əvvəllər bilsəydin, uzun müddət onunla vuruşardın, yoxsa, ağıllı tərpənib vaxtında silahı yerə qoyardın?
Şeyx Şamil cavab verir:
-Ölkəmizin kiçik və zəif olduğunu bilə-bilə siz də bizimlə uzun müddət vuruşdunuz ki?!

Nur-az.com
1057 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:11