Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2013

Sürücü ehtiyatsızlığı 67 qoyunun ölümü ilə nəticələndi

Sürücünün ehtiyyatsızlığı 67 qoyunun tələf olması ilə nəticələnib.

Trend Türkel TV-yə istinadən xəbər verir ki, yüksək sürət və sürücü ehtiyyatsızlığı yenə də qəzasız ötüşməyib. Ötən gün saat 19:30 radələrində Tovuz rayonunun Qovlar şəhəri ilə İbrahim Hacılı kəndinə gedən yolda kimliyi məlum olmayan sürücü yolu keçən Cabbar Hüseynovu vurub. İdarəetməni itirən sürücü daha sonra zərərçəkmişə məxsus 78 baş qoyunu vuraraq hadisə yerindən qaçıb. Nəticədə 78 baş qoyundan 67-si yerindəcə tələf olub. Zərərçəkən yüngül xəsarət aldığından ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Cabbar Hüseynovun dediyinə görə, hadisəni iki maşın törədib.
1646 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...