Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2014

Avstriyada Ərdoğanı görmək istəmirlər

Türkiyə Baş naziri Ərdoğanın 18 iyunda Vyanaya reallaşacaq səfəri ilə sərt açıqlamalar gəlməyə başlayıb.

Avstriyanın Azadlıq partiyası lideri Haynz Kristian Ştrake "Österreich" qəzetinə açıqlamasında Ərdoğanın Avstriyaya gəlməsini istəmədiklərini söyləyib.

Son Avropa Parlamenti seçkilərində 19.7 faiz səs toplayaraq Avstriyada koalisiya partiyalarından sonra üçüncü yeri tutan Ştake Vyanada Ərdoğana ehtiyaclarının olmadığını və ona evində qalmağı məsləhət gördüyünü deyib.

Ştrake bildirib ki, "Ərdoğan rəsmi səfər üçün gələ bilər, ancaq nazir Avstriyadakı türklərə səslənmək üçün gəlir. Vyanada olduğu bir müddətdə heç bir siyasət adamıyla görüşməyəcək. Bu yalnız Ərdoğanıstan üçün aparılan bir təbliğatdır. Mən isə bundan narahatçılıq hissi keçirirəm".

Azadlıq lideri həmçinin qeyd edib ki, Ərdoğan Avstriyada paralel cəmiyyət qurmağa çalışır.
1239 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:14