Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2014

Nigeriyada ən azı 20 qadın oğurlanıb

Nigeriyanın şimalındakı Çibok şəhərində ən azı 20 qadın oğurlanıb.

BBC-nin verdiyi məlumata görə, hərbi geyimli silahlı şəxslər qadınları avtofurqonlara mindirərək naməlum istiqamətə aparıblar.

Yerli hakimiyyət orqanları faktla bağlı araşdırma aparır. Nigeriya ordusunun nümayəndələri isə insidentdən xəbərsiz olduqlarını bildiriblər.

Xatırladaq ki, apreldə Nigeriyanın şimalında “Boko Haram” radikal dini qruplaşmasının üzvləri məktəbə hücum edərək 200-dən çox məktəbli qızı girov götürüb. ABŞ və digər ölkələr qızların axtarışına kömək məqsədi ilə kəşfiyyat və hərbi mütəxəssisləri Nigeryaya göndərib.

Məlum olduğu kimi, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.
1209 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı