Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2014

Cenevrədə İranla ABŞ arasında nüvə danışıqları başlayıb

Cenevrədə İranla ABŞ arasında Tehranın nüvə proqramı ilə bağlı danışıqların növbəti raundu başlayıb.

“İnterfaks” agentliyinin verdiyi xəbərə görə, təxminən beş saat davam edən danışıqlar iyunun 10-da davam etdiriləcək.

Bununla belə, rəsmi Tehran iyunun 9-da keçirilən görüşü konstruktiv adlandırıb.

Danışıqlarda ABŞ nümayəndə heyətinə dövlət katibinin müavinləri Uilyam Berns və Uendi Şerman başçılıq edirlər. Görüşdə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Ketrin Eştonun müavini Helqa Şmidt də iştirak edib.

Cenevrədə keçirilən danışıqlar İran və “altılıq” ölkələri arasında Tehranın nüvə proqramına dair razılıq əldə edilməsi yolunda yeni addım kimi qiymətləndirilir.
1142 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.17, 14:49
KARİKATURA
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib
23.05.17, 08:48
Hakimiyyətin borc cehizi
<