Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2014

Endirilən bayraq ölkəni ayağa qaldırdı

Türkiyədə ölkə bayrağının dirəkdən endirilməsi ölkənin hər yanında kəskin reaksiya doğurub.

Diyarbəkır 2-xi Hava Qüvvələri komandanlığında Türkiyə bayrağının endirilməsi hökumət və bir sıra dövlət nümayəndələri tərəfindən pis qarşılanıb.

Ölkə prezidenti Abdulah Gül məsələ ilə bağlı açıqlama verərək, bayrağın endirilməsini kəskin şəkildə pislədiyini bildirib.
"Bu və bunun kimi çirkin addım atanlar heç vaxt öz məqsədlərinə çatmayacaqlar. Hamını ehtiyatlı davranmağa, təxribatlara qarşı ayıq-sayıq olmağa və bu cür addımlardan uzaq durmağa çağırıram"

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da ölkəsinin bayrağının dirəkdən endirilməsinə kəskin reaksiya bildirib.
“Bayrağı endirənin uşaq olması bizi maraqlandırmır. Buna səsssiz qalmaq mümkün deyil. Bunun qarşılığı hökmən olacaq. Faktla bağlı istintaq başlatdıq. O uşağı oraya göndərən də bunun cavabını verəcək, orada vəzifəli olan əsgər və komandir də. Hamı bunun bədəlini ödəyəcək”.

Bunun təxribat olduğunu bildirən Ərdoğan xalqı bu cür təxribatlar qarşısında dik dayanmağa səsləyib.
“Bölgədə baş vermiş bu cür hadisələr qarşısında əvvəla xalqıma müraciət edirəm. Bu, sülh prosesini yox etməyə istiqamətlənmiş təxribatlardır. Millət olaraq belə təxribatlar qarşısında dik dayanmalıyıq. Yol kəsmək quldurların işidir. Bundan sonra yol kəsənlər də bədəl ödəyəcəklər. Ölkəmizin asayişini pozmağa heç kmin haqqı yoxdur”.

Məsələnin böyümüəsi ilə ölkənin bir sıra şəhər və rayonlarında bayraqla etiraz aksiyaları keçirilib. Diyarbəkirdə yaşanan həmin olay pislənib.

Ölkənin Daxili İşlər Nazirliyi isə açıqlamasında mühafizə ilə əlaqəli olan iki nəfərin vəzifəsindən azad edildiyini bildirib./ans/
1162 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<