Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2013

Hövsanda manyak qadınlara hücum edir

Bakıda seksual manyakın peyda olması barədə polisə məlumat daxil olub

Hövsan qəsəbəsində qadınlara hücum edən şəxs 10 günə yaxındır ki, sakinləri həyəcan içində saxlayır. Bildirilir ki, 30-35 yaşlı bu adam günün müxtəlif saatlarında və axşamlar küçə ilə tək gedən qadınlara hücum edir, onları yerə yıxıb seksual xarakterli hərəkətlər edir. Bu azmış kimi, o etdiyi hərəkətləri və təcavüz etdiyi qadınları telefonun kamerası ilə lentə alır. Bundan başqa həmin şəxs qadınlara yaxınlaşaraq yaxından onların şəkillərini çəkir. Bu yolla da o, qadınları qorxudur və şantaj edir.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, artıq məsələ ilə bağlı ciddi araşdırmalara başlanıb. Hövsan qəsəbəsini həyəcan içində saxlayan şəxsin kimliyi də müəyyən edilib. Bəlli olub ki, bu, 32 yaşlı H.D-dır. Hazırda toplanmış materiallar əsasında cinayət işinin açılmasına hazırlıq gedir və yaxın günlərdə məsələ ilə bağlı cinayət işi açılacaq.

Qeyd edək ki, Lent.az-a müraciət edən Hövsan sakinləri gecə saatlarında küçəyə çıxarkən özlərini qorumaq üçün bıçaq və ya digər kəsici-deşici alət götürdüklərini bildirirlər. Seksual manyakın həbs edilməməsi onları daha da narahat edir.
1976 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber