Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2014

Nəqliyyat müfəttişlərinin 10 manat "razborkası"

Azərbaycanda biabırçılıq: Nəqliyyat müfəttişlərinin 10 manat "razborkası"

Nəqliyyat müfəttişlərinin 10 manat "razborkası" Yevlaxın Cırdaxan kəndindi yaxınlığında yerləşən qum karyerindən yük daşıyan maşınların sürücülərindən oraya nəzarət edən Nəqliyyat Nazirliyinin işçiləri pul tələb edirlər

Bu barədə sürücülər məlumat veriblər.

Onarın bildirdiyinə görə, nəqliyyat müfəttişlərinin Cırdaxandakı qum karyerinin yaxınlığında lövbər salmaları pul yığmaq məqsədi güdür. Belə ki, müfəttişlər yük dolu maşınları saxlayaraq, onlardan zorla 10 manat pul alırlar. Əks təqdirdə, həmin maşının hərəkət etməsinə imkan vermirlər. Bu azmış kimi, onların sürücüyə hücum edərək onu təhqir etmələri və fiziki zora məruz qoymaları halları da var. Yəni, pul vermək istəməyən sürücü nəqliyyat müfəttişləri tərəfindən döyülə də bilərlər.

Məlumatda deyilir ki, nazirliyin əməkdaşları bunu belə əsaslandırırlar ki, guya, maşınlar normadan artıq yük götürüblər. Elə 10 manatı almaqları da artıq yükə göz yummaq məqsədi daşıyır.

Əslində isə nəqliyyat müfəttişləri qum karyerindən yük daşıyan maşınların çəkisini yoxlamalı və normadan artıq yükün boşaldılmasını təmin etməlidirlər. Bunun üçün ərazidə tərəzinin quraşdırılması zəruri şərt olsa da, həmin avadanlığın elə müfəttişlərin maşınında olduğu məlum olub.

Tərəzini maşında gəzdirən nəqliyyat müfəttişləri onu ümumiyyətlə, üzə çıxarmırlar. Bu özbaşınalıqla bağlı dəfələrlə edilən şikayətlərə isə məhəl qoyan yoxdur. Cırdaxan qum karyerində işləyən müfəttişlər isə deyirlər ki, onlara kimsənin gücü çatmayacaq. Ona görə ki, kimsə boşu boşuna şikayət etməsin./KİV/
946 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber