Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2014

Rusiyadan NATO-ya: “Sizə qarşı mütləq tədbir görəcəyik

Rusiya sərhədləri boyunca NATO-nun güclənməsini və genişmiqyaslı təlimlərini özünə qarşı böyük təhdid kimi qiymətləndirir və Alyansın bu hərəkətlərini cavabsız qoymayaq niyyətində deyil.

Bu barədə “İnterfaks”a müsahibəsində Rusiya Xarici İşlər nazirinin müavini Vladimir Titov deyib. Onun sözlərinə görə, NATO-nun Rusiyanın sərhədləri boyunca güclənməsi düşmənçilik hisslərini artıracaq:

“Bunu tərəflər arasında 1997-ci ildə imzalanmış sənədə zidd addım kimi dəyərləndiririk. NATO 2008-ci ilin avqust hadisələrində olduğu kimi, problemin həllinə deyil, gərginliyin artmasına hesablanan addımlar atır. Rusiyanın sərhədləri boyunca irimiqyaslı təlimlər isə ümumiyyətlə yolverilməzdir”.

Xatırladaq ki, bu gündən etibarən NATO Rusiya ilə həmsərhəd ölkələrdə geniş hərbi təlimlərə start verib.
1000 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber