Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2014

Öcalan həbsxanadan xəbər göndərdi

PKK terror təşkilatının lideri Abdullah Öcalan Türkiyənin Licə rayonunda yolu kəsən PKK tərəfdaşlarına mesaj yollayıb.

Aksiyada iki nəfərin ölümündən sonra HDP heyəti İmralı adasına Öcalanın görüşünə getmişdi. Hər iki tərəfi də atəşkəsə riayət etməyə çağıran Öcalan Diyarbəkir vilayətində bayrağların yarıya endirilməsini provokasiya adlandırıb.

Qeyd edək ki, dünən Diyarbəkirdə Hərbi Hava Qüvvələrinin ərazisində iki türk bayrağı yarıya endirilmişdi.

Türkiyə DİN bununla bağlı açıqlama verərək iki təhlükəsizlik işçisinin işdən azad edildiyini bildirib.

HDP funksioneri Səbahət Tuncel də endirilən bayraqla bağlı danışaraq belə hərəkətlərin bəyənilmədiyini deyib.
1304 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.04.17, 14:22
Əsgərimiz şəhid olub
24.04.17, 09:55
Düşməndən qorxma!