Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2013

İran AEBA-ya yeni təkliflər paketi təqdim edib

İranın nüvə məsələsi üzrə baş müzakirəçisi, bu ölkənin xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini Seyid Abbas Əraqçı ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) icraçı direktoru Yukiya Amano arasında görüş keçirilib.

APA-nın İRİB-ə istinadən məlumatına görə, görüş Vyanada agentliyin mənzil-qərargahında baş tutub. Bir saat davam edən görüşdə İranın AEBA-dakı daimi nümayəndəsi Rza Nəcəfi və onun müavini də iştirak edib.

A.Əraqçı İranın AEBA ilə əlaqələrini gücləndirməyə və qısa zaman içərisində agentliyin bütün suallarına cavab verməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, bu mövzu iki tərəf arasında yeni bir anlayışa və irəliyə doğru baxışa ehtiyac yaradır. A.Əraqçı indi İran və agentliyin yeni bir istəklə müzakirə masasına oturma zamanı olduğunu deyib. İran rəsmisi ölkəsinin nüvə proqramının dincməqsədli olduğunu söyləyərək, bu dövrdə agentliyin rolunun əhəmiyyətini vurğulayıb. Sonda o, AEBA-nın icraçı direktoruna İranın yeni təkliflər paketini təqdim edib.

Y.Amano da öz növbəsində İranla agentlik arasında keçirilən müzakirələri çox əhəmiyyətli xarakterizə edərək, rəsmi Tehranla danışıqların məqsədinin geriyə qalan suallara cavab tapmaqdan ibarət olduğunu bildirib. Onun sözlərinə görə, İranla AEBA arasındakı müzakirələr kompleks və zaman tələb edən bir vəziyyətdir. Y.Amano hər iki tərəfin də qarşılıqlı əməkdaşlıqla məsələni bir həllə qovuşdurmasını istəyib.

Bundan sonra İranla agentlik arasında 12-ci dövr nüvə müzakirələri başlayıb. İran nümayəndə heyətinə R.Nəcəfi, AEBA nümayəndə heyətinə isə ilk dəfə agentliyin icraçı direktorunun müavini Tero Varyoranta başçılıq edib. Danışıqların ikinci mərhələsi bu gün keçiriləcək./Apa
1599 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı