Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2014

Rusiya və Ukrayna yenə razılığa gələ bilmədilər

İyunun 9-da Brüsseldə başlayan və gecə saatlarınadək davam edən Ukrayna, Rusiya və Avropa Birliyi arasında növbəti qaz danışıqları nəticəsiz başa çatıb.

Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Günter Ettinqer belə deyib.

“Tərəflər yanlış hərəkətlərə yol verməməyə boyun olublar”, deyə Ettinqer bildirib.

Danışıqlar iyunun 10-u və yaxud 11-i davam edəcək. Beşinci raund çərçivəsində Ukrayna, Rusiya və Avropa Birliyi satılacaq qazın qiyməti, borcun ödənilməsi, qazın yeraltı anbarlara doldurulması və s. məsələləri müzakirə ediblər.

Qeyd edək ki, mayın 30-da Ukrayna Rusiyaya borcunun bir hissəsini - 800 milyon dollar ödəyib. Rusiya isə aprelin əvvəlindən Ukraynaya satılan qazın qiymətini 268 dolardan 485 dollara qədər artırıb./apa/
1117 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 16:25