Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2014

Putin: “Heç kəs Rusiyadan imtina etməyəcək”

Vladimir Putin Rusiya ilə enerji birliyində olan ölkələrin hər zaman bu iş birliyindən asılı olacağını və bundan heç bir dövlətin xoşluqla imtina etməyəcəyini bildirib.

Axar.az xəbər verir ki, Arxangelsk şəhərində tələbələrlə görüşən Rusiya prezidenti dünya enerji münasibətlərində əsas rol oynadıqlarını, geosiyasətin də məhz bunun üzərində qurulduğunu deyib.

Bu arada Rusiya Xarici İşlər naziri Sergey Lavrov Finlandiya səfəri çərçivəsində verdiyi açıqlamada Avropa Birliyi (AB) tərəfindən “Cənub axını” layihəsi çərçivəsində atılan addımların yararsız olduğunu bildirib.

Onun sözlərinə görə, AB qətiyyətli addım atmalıdır: “AB Rusiyanın Kiyev dövlətini tanımasına qədər “Cənub axını” layihəsini dondurmaq istəyir. Bu addımın lazımsız olduğunu düşünürəm”.

Xatırladaq ki, Amerika və AB-nin Rusiyadan nə tələb etdiyini anlamadığını deyən Lavrov Rusiyanın Ukrayna böhranının həlli üçün nə lazımdırsa etdiyini vurğulayıb.
1227 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 12:12
Hələb ha