Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2014

Vasif Talıbovun oğlu 200 nəfəri işdən çıxartdı

Naxçıvan MR-də fəaliyyət göstərən “Gəmi-Qaya” Holdinqində kütləvi ixtisarlar olub.

Bu barədə Holdinqdəki etibarlı mənbələrdən məlumat daxil olub.

Mənbə holdinqin tikinti sektorunda fəaliyyət göstərən 200-ə yaxın işçisini ixtisara salmasının səbəbini yeni layihələrin olmaması ilə əsaslandırıb. Əlavə olaraq, holdinqin bütün şirkətlərində əmək haqları da 50%-ə qədər endirilib.

Qeyd edək ki, “Gəmi-Qaya” Holdinqi Naxçıvanın ən böyük şirkətlərindən biridir. Hazırda şirkətin bütün strukturlarında ciddi dəyişiliklər aparılır.

Onu da xatırladaq ki, holdinqin təsisçisi Rza Talıbov, prezidenti isə Türkiyə vətəndaşı olan Emin Uçardır./axar/
1292 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber