Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2014

Rusiyadan NATO-nun qılınc zərbəsinə cavab

Rusiyanın Kalininqrad vilayətində Qərb hərbi dairəsinin komandanlığı altında Baltik Donanması, Hava Desant Qoşunları və Hərbi Hava Qüvvələri hərbi təlimlərə başlayıb.

Bununla bağlı Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Təlimlər NATO-nun Baltik dənizində həyata keçirdiyi “Saber Strike 2014” (Qılıncla zərbə) adlı təlimləri ilə eyni vaxtda başlayıb.

“Kalininqrad vilayətində keçirilən təlimlərə cəlb olunanların sayı NATO-nun hərbi təlimlərində iştirak edən şəxsi heyət, hərbi texnikaların sayına bərabərdir”, - deyə bildirilib.

Rusiyanın təlimlərində hərbi gəmi qrupları, hava desant qoşunları və dəniz piyadaları, hava hücumundan müdafiə birləşmələri, qırıcı-bombardmançı SU-34, Mi-24 vertolyotları və Tu-22M3 bombardmançıları iştirak edir.
1314 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP