Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2014

Samirrada 300 ton partlayıcı maddə kəşf edildi

İraqın Müdafiə Nazirliyi rəsmi açıqlama verərək bildirib ki: Təkfirçilər Samirra şəhərinə son hücumlarında İmam Əskərinin (ə) hərəmini dağıtmaq istəyirdilər.
Bəyənatda bildirilir: İraq Şam İslam Dövləti (İŞİD) qruplaşmasının terrorçuları Samirraya təqribən 300 ton partlayıcı maddə gətirmişdilər. Bu partlayıcı maddələr İmam Həsən Əskərinin (ə) hərmini partlatmaq üçün istifadə olunacaqdı. Lakin İraqın ordu qüvvələri bu partlayıcı maddələri aşkarlayaraq, götürmüşdür.
İraqın Müdafiə Nazirliyinin məlumatına əsasən, İŞİD-in hücumunun təfərrüatları belə olub: Onlar kimyəvi silahlardan istifadə etməklə, ziyarətə gələn bütün şəxsləri şəhadətə çatdıracaqdılar. Bundan sonra öz çirkin və xəbis niyyətləri olan hərəmin partladılması və dağıdılmasını reallaşdıracaqdılar.

İraqın Müdafiə Nazirliyi bəyənatın sonunda Samirrada terrorizmlə mübarizə aparan bütün ordu qüvvələri və xalq müqavimətinə təşəkkür edib.

Nur-az.com
1282 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:17