Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2014

Liviyada əl-Qaidənin ilk aeroportu tikildi

Afrikadan əldə edilən məlumatlara əsasən, əl-Qaidə terror qruplaşması Liviya dövlətinin bəzi rəsmilərilə razılaşaraq, öz hərbi uçuşlarını reallaşdırmaq məqsədilə sözügedən ölkədə aeroport tikmişdir.
Nur-az.com-un ShiaOnline-a istinadlı xəbərinə görə, məlumata əsasən, əl-Qaidəyə hərbi təyyarələri sionist rejim olan İsrail verəcək.
Əl-Qaidə bu aeroportu tikəndən sonra, ilk təhdidini Sudan prezidenti Ömər əl-Bəşirə qarşı etmiş və ondan təcili olaraq təslim olmasını tələb etmişdir.
Habelə, əl-Qaidə rəsmi bəyənat olaraq, Misirin yeni prezidenti Əbdülfəttah əs-Sisiyə yazmışdır: Əgər Misirdə sələfiliyi müdafiə etsən, səni himayə edəcəyik. Amma, belə etməsən, Misiri öz təyyarələrimizlə darmadağın edəcəyik!
Sonda qeyd etmək lazımdır ki, Afrika qitəsində əl-Qaidənin inkişafı günbəgün artmaqdadır. Beynəlxalq təşkilatlar və anti-terror təşkilatları bu məsələdən narahat olduqlarını bildirmişlər.
1256 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP