Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2014

İŞİD-in İmam Hüseynin (ə) hərəminə hücum planı

Terrorçu qruplaşma olan İraq Şam İslam Dövləti (İŞİD) İraqda məzhəblər arası fitnə yaratmaq məqsədilə, şəban ayının 15-i (13 iyun – red) Nəcəf, Samirra və Kərbəla şəhərində yerləşən imamların hərəmlərinə terror hücumları keçirmək niyyətindədir.
İraqın təhlükəsizlik üzrə ekspertlərindən biri deyib: İŞİD terror qruplaşması özünü Şəban ayının 15-də ziyarətçilərə qarşı terror hücumları təşkil etməyə hazırlayır. Belə ki, ziyarətçilər üçün qorxu və vəhşət yaratmaqla onların Kərbəlaya ziyarət və səfər etmələrinə mane olmaq istəyir.
Verilən məlumata əsasən, terrorçuların şəban ayının 15-i Kərbəla, Nəcəf, Samirra və başqa şəhərlərdə İmamların, imamzadələrin hərəmlərini hədəfə almaq kimi planları var. Onların bu işdən məqsədi, şiə və sünnilər arasında qanlı qarşıdurmalar yaratmaqdır.

Nur-az.com
1333 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber