Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2014

İŞİD və ən-Nüsrə arasında dəhşətli qisas almalar – Fotolar 18+

Əl-Mənar kanalı xəbər verir ki, Suriyanın şərqi, Deyr əz-Zur şəhərində İraq Şam İslam Dövləti (İŞİD) və ən-Nüsrə Cəbhəsi arasında bir-birlərilə hesablaşma müharibələri, qarşı tərəfin üzvlərini edam etmək halları olduqca artmışdır.
Nur-az.com-un ABNA-ya istinadlı məlumatına əsasən, kanal ən-Nüsrə cəbhəsinin bir neçə İŞİD üzvünü əsir götürdüyünü və fotolarını internetdə yayımladığı süjet yayımlayıb. Ən-Nüsrə cəbhəsi İŞİD üzvlərinin döyüşdə əsir götürüldüyünü bildirmişdir.
Məlumata əsasən, ən-Nüsrə cəbhəsi ər-Riqqə şəhərindən qayıdan İŞİD-in üç yüksək səlahiyyətli üzvünü Mənbəc şəhərində qətlə yetirmişdir. Bu üç nəfərin Əbu Munzir, Əbu Haşim əl-Cəzravi, Əbu Səlma əl-Ənsari olduğu bildirilir.
Ən-Nüsrə cəbhəsi İŞİD-in 5 üzvünü Deyr əz-Zur şəhərində ələ keçirib qətlə yetirmişdi. Bundan sonra, sözügedən şəhərin Təvvamə kəndində bir mərakeşli, bir tunisli və əlcəzairli daxil olmaqla, 5 İŞİD üzvünü də qətlə yetirdi.
Ən-Nüsrə cəbhəsinin üzvləri bu on nəfərin beşini vəhşicəsinə edam etmişlər. İŞİD-in bu on üzvünü əsir götürməyin səbəbi budur ki, İŞİD bundan öncə ən-Nüsrə cəbhəsi və İslam cəbhəsinin Badiyə əs-Səbhə bölgəsindəki ortaq mövqeyinə hücum etmişdi.
Bu foto və vidoları yayımlayan müxalif xəbər portallarının hədəfi bu idi ki, İŞİD və əl-Qaidəyə bağlı ən-Nüsrə cəbhəsinin arasındakı audio və video bəyənatlardan media üçün yararlansınlar.
İŞİD təkfirçiləri də öz növbəsində ən-Nüsrə cəbhəsinin bu addımına qarşı seyirçi qalmayıblar. Onlar Deyr əz-Zur şəhərinin əş-Şəvla kəndində ən-Nüsrənin 3 və İslam cəbhəsinin 29 üzvünü ələ keçirib edam etdilər.
Edamlar müharibəsi Deyr əz-Zurda terrorçu qruplaşmalar arasında şiddətli müharibələrin getdiyi zaman baş verir. İŞİD-in sərkərdəsi Əbubəkr əl-Bəğdadi neftlə zəngin Deyr əz-Zur əyaləti və yaxın məntəqələrlə yanaşı İraqın qərb regionuna nəzarəti ələ almaq üçün çalışır.
Müxaliflər bildirmişlər ki, İŞİD üzvləri Deyr əz-Zur şəhərində öz düşmənləri qarşısında müxtəlif üstünlüklər əldə edə bilmiş və Fərat çayının şərq hissəsinin əksəriyyətinə nəzarəti ələ almışlar.
Digər tərəfdən Deyr əz-Zurda İŞİD qarşısında ağır məğlubiyyətlə üzləşən ən-Nüsrə cəbhəsi isə, bütün silahlı terrorçu qruplaşmalardan yardım almağa çalışır və İŞİD qarşısında itirdiyi mövqeləri yenidən ələ keçirmək istəyir.

DİQQƏT: AŞAĞIDAKI FOTOLARA BAXMAĞA HƏR ŞƏXS DÖZƏ BİLMƏZ! 18 YAŞINDAN AŞAĞI VƏ ÜRƏYİ XƏSTƏ OLANLARIN BU FOTOLARA BAXMASI QƏTİYYƏN TÖVSİYƏ OLUNMUR!!!



1259 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber