Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2014

Amerikanın regiondakı hədəfi İranı ram etməkdir

İranın Marağa şəhərində nümunəvi qüvvələrlə görüşən İranın quru qüvvələrinin komandanı Əmir Əhmədrza Purdəstan, Amerika ordusunun regionda müxtəlif bəhanələrlə yerləşməsinin səbəbinin İranı ram etmək olduğunu bildirib və deyib: İranın istənilən təcavücə qarşı cavabı olduqca sərt və qarşısıalınmaz olacaq.
Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, İran İslam Respublikasının müdafiə hazırlığına malik ordusu 8 illik müqəddəs müdafiənin və klassik təlimlərin bərəkətilə, İran dövlətini regionun ən əmin-amanlıq ölkəsinə çevirmişdir.
O, Amerika haqqında deyib: Ordu və silahlı qüvvələrimizin hazırlığı İrana qarşı tamahkarlıq etməyi belə düşmənlərdən almışdır.
Əmir Purdəstan silahlı qüvvələrdən orduda yaranmış iqtidardan istifadə edərək, hər gün öz hərbi və müdafiə hazırlıqlarını artırmağı istəyib.
Orduunun keçirdiyi təlimlərdən yaranmış arxayınlıq ölkəni hər növ müharibəyə hazırlamışdır.
O əlavə edib: İran xalqı həmişə sülhsevər xalq olub və olacaqdır. Amma, əgər düşmən bizim əziz torpaqlarımızın bir zərrəsinə hücum etsə, cavabını verə bilməyəcəyi hücumla qarşılaşacaq.
Bizim silahlı qüvvələrimiz düşməni tanıyırlar və bütün bölgələrdə yüksək əhval-ruhiyyə ilə düşmənlə qarşılaşmağa hazırdırlar.
1309 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber