Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2014

ABŞ və G7 ölkələri Rusiya prezidentini Ukrayna ilə sərhədi bağlamağa çağırır

ABŞ və G7 ölkələri Rusiya prezidenti Vladimir Putini Ukrayna ilə sərhədi bağlamağa çağırırlar.

Məqsəd silahların və silahlı şəxslərin Ukrayna ərazisinə keçməsinin qarşısını almaqdır.

Bunu Vaşinqtonda keçirilən brifinqdə ABŞ Dövlət departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland bəyan edib.

O qeyd edib ki, G7 ölkələri bu çətin şəraitdə Putini həm də Ukrayna hökuməti ilə əməkdaşlıq etməyə çağırır.

Rusiyanın Ukraynadakı böhranın həlli ilə bağlı niyyətlərinə gəldikdə isə V.Nuland bildirib ki, bunu Moskvanın atacağı addımları göstərəcək.

“Biz real addımlara qiymət verəcəyik”, - deyə o vurğulayıb.
1182 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı