Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2014

Üzeyir Cəfərov ermənilərin hücuma hazırlaşmasından danışdı

Hərbi ekspert: "Bu ermənilərin uydurduğu bir mifdir"

“Öz peşəkar və muzdlu döyüşçülərini itirdikdən sonra erməni komandanlığı Naxçıvan istiqamətində gərginlik yaradılması ilə bağlı xüsusi göstəriş verib. Erməni tərəfi Azərbaycan ordusunun canlı itki verməsini istəyir. Ona görə də həmin bölgədə gərginlik artıb”.

Bunu hərbi ekspert Üzeyir Cəfərov deyib. Son vaxtlar eməni tərəfinin Naxçıvan istiqamətində atəşkəsi pozmaları ilə bağlı Ermənistan mətbuatında yayılan məlumatlara münasibət bildirən Üzeyir Cəfərov Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun kifayət qədər təcrübəli və hazırlıqlı olduğunu vurğulayıb:

“Naxçıvan qeyri-rəsmi də olsa Türkiyəninn kuratorluğundadır. Ermənilər həmişə Azərbaycan tərəfini təxribata çəkməyə çalışıblar. Ona görə də atışmaların sayı artıb”.

Üzeyir Cəfərov ermənilərin Naxçıvanda yerləşən yüksəklikləri işğal etmələri ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara da münasibət bildirib:

“Belə bir şey yoxdur. Bu ermənilərin uydurduğu bir mifdir. Onlar Azərbaycan tərəfini gərgin vəziyyətdə saxlamağa çalışırlar. Buna görə narahat olmağa dəyməz. Naxçıvan Muxatar Respublikası mühüm strateji əhəmiyyətli bir yerdir və blokada şəraitindədir. Belə bir yeri ermənilərin hücumuna qarşı lazımı hazırlıq səviyyəsində saxlamasaq orada hər an faciələr yaşana bilər. Əlahiddə Ümumqoşun ordusu ən müasir texnikalar tanklar və döyüş vertolyotları ilə təchiz olunub”.

Ü. Cəfərov müdafiə naziri Zakir Həsənovun cəbhə xəttində olan zaman hərbçilərimizə xüsusi tapşırıq verdiyini də qeyd edib:

“Zakir Həsənovun ermənilərin başını kəsmələri ilə bağlı cəbhə bölgəsində verdiyi tapşırıqlar adi bir qaydadır. Bəzi təcrübəsiz adamlar o məlumatları ictimailəşdirdilər. Nazir bir əsgər itkisinə görə düşmənin iki əsgər itikisi verməsini tələb edib. Füzuli istiqamətində bir kapitan və gizirimiz həlak oldu və hərbilərimiz ağır xəsarət aldılr. Ona görə də nazir xidmət rəislərinə düşmənə zərbələr endirilməsi ilə bağlı xüsusi tapşırıq verib”./ans/
1159 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber