Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2014

Nazir və merin maşınına hücum oldu

Çempionat qabağı etiraz dalğası yenidən güclənib

Braziliyada futbol üzrə dünya çempionatının başlamasına bir neçə gün qalmış ölkədə etiraz dalğası yenidən genişlənib.

Dünya çempionatının keçirilməsinə külli miqdarda vəsaitin xərclənməsinə qarşı çıxanlar etiraz aksiyaları keçirirlər. Rio-de-Janeyro şəhərində sonuncu belə aksiyalardan biri zamanı etirazçılar idman nazirinin və Rio-de-Janeyro merinin avtomobillərinə hücum ediblər.

Avtomobilləri dövrəyə alan etirazçılar onların üzərinə şüarlar yazıldığı kağızlar yapışdırıb, bəziləri isə avtomobilin kapotunun üstünə çıxıb. Polis qəzəbli kütləni dağıtmağa müvəffəq olub.

Etiraz aksiyasının iştirakçıları futbol üzrə dünya çempionatına xərclənən pulların təhsil və səhiyyəyə yatırılmasını tələb ediblər.
1281 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat