Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2014

“Əgər çevriliş olsaydı, məni edam edəcəkdilər”

Ərdoğan: “Əgər çevriliş olsaydı, məni edam edəcəkdilər”

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Diyarbakırda Türk bayrağının endirilməsinə növbəti dəfə münasibət bildirib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, AKP-nin qrup toplantısında çıxış edən baş nazir bununla bağlı sərt reaksiya verib.

“Biri çıxıb qarnizonun divarlarını aşacaq, Türk bayrağını endirəcək. O bayrağı endirərkən ərazidə xidmət edən şəxslər bunu seyr edəcək. Bu nə deməkdir? O bayrağı endirəni endirəcəksən. Lazım olanı edəcəksən. Əks təqdirdə isə məsuliyyət daşıyırsan”, - deyə R.T.Ərdoğan bildirib.

Baş nazir ötən ilin dekabrında Türkiyədə həyata keçirilən rüşvət və korrupsiya əməliyyatlarından da danışıb.

O, bir daha vurğulayıb ki, bu, hakimiyyəti devirməyə cəhd idi: “Əgər bu çevriliş olsaydı, məni və nazir yoldaşlarımı Yassıadaya uyğun bir yerdə mühakimə edəcəkdilər”.

Qeyd edək ki, 1961-ci ildə Türkiyənin hakimiyyətdən devrilən baş naziri Adnan Menderes Yassıadada edam edilib. R. T. Ərdoğan da belə bir hadisənin başına gələ biləcəyi ehtimalına işarə edib.
1443 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:24