Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2014

Əfqanıstanda beş NATO əsgəri öldürülüb

Əfqanıstanın cənubunda baş verən bir hadisədə NATO-nun beş əsgəri öldürülüb. Həmin ərazilərdə Amerika əsgərləri üstünlük təşkil etsə də, ölənlərin milliyyəti açıqlanmayıb. Bu barədə Röyters agentliyi xəbər verir.

“Beynəlxalq Təhlükəsizlik Dəstək Gücü”nün (İSAF) açıqlamasında bildirilir ki, insident bazar ertəsi baş verib. Ancaq hadisə ilə bağlı əlavə məlumat yoxdur.

Cənubi Əfqanıstan “Taliban” hərəkatının ürəyi hesab olunur. Həmin ərazidə “Taliban” üsyançılarının təhlükəsizlik qüvvələrinə tez-tez hücumları baş tutur.

Bu il ərzində Əfqanıstanda 30 NATO əsgəri öldürülüb.
Qeyd edək ki, həftəsonu Əfqanıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək. Üsyançılar ötən həftə prezidentliyə namizədlərdən birinə hücum edib.
1291 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP