Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2014

İraqın baş naziri ordunu tam döyüş vəziyyətinə gətirib

İraqın baş naziri Nuri əl-Maliki ölkənin güc strukturları və hərbi qüvvələrini tam döyüş vəziyyətinə gətirib və Parlamenti fövqəladə vəziyyət elan etməyə çağırıb.

İTAR-TASS-ın verdiyi xəbərə görə, qərar “İraq və Şamda İslam dövləti” (DAİŞ) qruplaşması silahlılarının Neynəva əyalətini ələ keçirməsindən sonra ölkə baş naziri tərəfindən paytaxt Bağdadda keçirilən xüsusi mətbuat konfransında səsləndirilib.

Bildirək ki, hazırda ekstremistlər məqsədi yeni vilayətlər üzərində nəzarəti ələ keçirmək olan hücumlarını davam etdirirlər. İndi təhlükə növbəsi Salah-əd-Din (inzibati mərkəzi Tikrit şəhəri) əyalətinindir./SalamNew/
1144 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP