Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2014

O bayraq Ərdoğanın təlimatı ilə endirilib

“Haberler”in verdiyi xəbərə görə, bunu Türkiyənin ana müxalifət partiyası CHP-nin sədri Devlet Bahçeli partiyasının fraksiya iclasında bəyan edib.

“Bayraq enir, hər kəs seyr edir, amma bu gün fraksiya iclasında əsəbləşir. "Bayraq necə enə bilər? Bunun hesabını əsgər verəcək” deyir. O bayrağı oradan sən endirdin. Bunu mən demirəm, bunu Bülent Arınç deyir. O, dünənki çıxışında Baş qərargah rəisinin açıqlamasının diqqətlə oxunmalı olduğunu, hadisələrin gedişini səbrlə izlədiklərini söyləyib. Hər halda, səbr edilməsəydi, bayraq dirəyinə çıxaraq bayrağı oradan endirməyə cürət edən insana dərhal cavab verilərdi. Mən söyləsəm, Bülent Arınç qiyamət qoparardı. Bülent Arınç söyləyir deyə, "siyasi iradədir" deyirlər. Arınç "təlimatı biz verdik - o bayraq endi. Əsgər seyr etdi, çünki bunu biz söyləmişik" deyir./SalamNews/
1313 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15