Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2014

Donetsk etirazçıları Slavyanskın xalq merini həbs ediblər

Donetsk xalq respublikasının (DXR) rəhbərliyi Slavyansk şəhərinin xalq meri Vyaçeslav Ponomaryovun saxlanıldığını elan ediblər.

 “BBC”nin verdiyi xəbərə görə, DXR-in mətbuat xidmətinin məlumatına əsasən, Vyaçeslav Ponomaryov hazırda etirazçıların nəzarətində olan Ukrayna Təhlükəsizlik Xidmətinin binasında saxlanılır.

Slavyanskın xalq meri Ponomaryov administrasiyanın məqsədləri və vəzifələrinə zidd olan fəaliyyətlə məşğul olduğu üçün tutduğu vəzifədən kənarlaşdırılıb, deyə məlumatda bildirilib.

Ponomaryov aprelin 13-də, Ukrayna Təhlükəsizlik Xidmətinin binasının etirazçılar tərəfindən ələ keçirildikdən sonra Slavyanskın xalq meri elan edilmişdi. Bundan əvvəl o kiçik bir sabun zavodunun rəhbəri olub.
1154 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı