Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2014

Paytaxtda kənd həyatı yaşayanlar

Xəzər rayonu Binə südçülük savxozu adlanan ünvanın sakinləri yeməyi hələ də ocaqda bişirirlər

Xəzər rayonu Binə südçülük savxozu adlanan ünvanın sakinləri kənd həyatı yaşayır. Odun yarmaq, ocaqda yemək bişirmək, buradakı sakinlərin gündəlik həyat tərzinə çevrilib. Fəsil dəyişsə belə, buradakıların həyat tərzi dəyişmir. Yayın istisində ocaq başında yemək bişirmək isə hər xanımın işi deyil. Elə ona görədir ki, yaşayış sahəsində mavi yanacağın olmamasından daha çox qadınlar narahatdır.

Südçülük savxozu deyilən ərazinin bir hissəsinə qaz çəkilsə də, digər bir hissəsi hələ də bu diqqətdən kənarda qalıb. Sakinlər mavi yanacaqda bişən xörəyin dadını duyacaqları günü səbirsizliklə gözləyir.

Azəriqaz İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayevin sözlərinə görə, (lazımın gəlməsinə) o günə az qalıb./ans/
1333 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...