Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2014

Lvov hospitalına 20 yaralı əsgər gətirildi

Slavyansk ətrafında aparılan əməliyyatlar zamanı yaralanan Ukrayna ordusunun 20-yə yaxın hərbçisi Lvov Hərbi Hospitalına yerləşdirilib.

Yaralılar Ukraynanın müxtəlif bölgəsindən hərbiyə çağrılmış zabit və əsgərlərdir. Yaralıların bəzilərinin vəziyyətinin ağır olduğu deyilir. Xəstəxananın baş həkimi İvan Boqdananın bildirdiyinə görə, gətirlən şəxslərdən bir neçəsinin ayaqları amputasiya olunub. Güllə yarası ilə birgə onlar ciddi qəlpə zədəsi alıblar.

Baş həkim bildirib ki, vəziyyətlərinin ağır olmasına baxmayaraq, onlar təkrar qaynar nöqtəyə, səngər yoldaşlarının köməyinə getməyə hazır olduqlarını bildirirlər. Boqdana xatırladıb ki, Lvov Hərbi Hospitalı 600 nəfər yaralını qəbul etməyə hazırdı.
1274 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.09.17, 21:35