Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2014

İsrail Suriyada baş verənlərə görə çox sevinir

BMT-nin Suriya məsələləri üzrə istefa vermiş nümayəndəsi Əxzər İbrahimi Almaniyanın Spiegel qəzetinə müsahibəsində deyib: Hazırda Suriyada baş verənlərə görə, sionist rejim olan İsrail çox sevinir. Çünki, Suriyanın zəifləməsi Tel-Əvivin xeyrinədir.
Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, İbrahimi “Suriya böhranının İsrail üçün ehtimal edilən təhdidləri barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq deyib: “İsrail olduqca çox sevinir. Vəziyyət onların xeyrinə olduqca çox yaxşı irəliləyir. Əgər Bəşər Əsəd getsə yaxşı olar. Əgər qalsa da yaxşı olar, çünki Suriya zəifləməkdədir. Suriyanın kimyəvi silahları İsrial üçün bir növ təhdid idi ki, bunlar da məhv edildi. Buna görə də, İsrail olduqca razıdır. Onlara görə narahat olmağınız lazım deyil.”
O, “İsrailin düşmənlərinin bir-birini öldürməsindən sevinirmi?” sualına cavab olaraq bildirib: “Belə olduğuna tam əminəm. Bu bir növ obyektiv baxışdır. Öz israilli dostlarınızdan soruşun, onlar da bunu sizə deyəcəklər.”
Qeyd edək ki, 2012-ci ildə Kofi Ananın istefasından sonra Əxzər İbrahimi BMT və ƏDL-in Suriya məsələləri üzrə xüsusi nümayəndəsi seçildi. Cenevrədə Suriya dövləti və müxaliflər arasında onun iştirakı ilə 3 görüş keçirilsə də, heç birində nəticə əldə edilmədi. Axırda o, ötən həftə öz vəzifəsindən rəsmən istefa verdi.
1213 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber