Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2014

Susuz qalan Qobustan və milyonerə çevrilən idarə müdiri

Azərbaycanda məmurların dövlət büdcəsini talan edərək özlərinə böyük sərvət toplamaları adi hala çevrilib və bu bizim cəmiyyətdə ən normal hal kimi qəbul olunur

Məsələ orasındadır ki, bu gün hətta kiçik idarə müdirləri belə dövlət büdcəsinin hesabına qeyri-rəsmi milyonerə çevriliblər və onların da bu qədər cah-cəlal sahib olması cəmiyyətdə çox normal qarşılanır. Məhz bu məmurların üzündən isə Azərbaycanda minlərlə milyonlarla insanlar dövlətin onların sosial problemlərinin həllinə ayırdığı vəsaitlərdən məhrum olur və min cür əziyyətlə qarşılaşırlar. Bu gün Azərbaycanda sosial ədalətin olmaması danılmaz faktdır və təbii ki, bu da əlaqədar qurumların ölkə prezidentinin tapşırılarını qulaqardına vurmasının nəticəsidir. Dövlət büdcəsi hesabına milyonerə çevrilən məmurların «qudurğunlaqlıarı və hərislikləri» isə artıq sərhəd tanımır.

Bizə dövlət büdcəsini talayaraq böyük sərvət sahibi olan və topladığı sərvətə görə minlərlə insana işgəncə verən daha bir məmurun inanılmaz sərvəti haqqında ilginc məlumat daxil olub. Qobustan Qış Otlaqları Su Təminatı Sistemləri İdarəsinin müdiri Rövşən Əhmədov sözün həqiqi mənasında dövlətin ayırdığı vəsaitləri mənimsəyərək milyonluq sərvətin sahibi olub.
Daxil olan və apardığımız araşdırmalarda təsdiqlənən məlumata əsasən Rövşən Əhmədovun mal varlığı saymaqla bitmir. Belə ki, Qobustan Qış Otlaqları Su Təminatı Sistemləri İdarəsinin müdirinin Qobustanda dəbdəbəli evi, 150 hektar torpaq sahəsini əhatə edən heyvandarlıq təsərrüfatı, rayon mərkəzində 4 mağazası, hazırda tikintisi aparılan restoranı var
.
Bakı şəhərində isə Rövşən Əhmədovun mal varlığı daha çoxdur. Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurumun kiçik bir idarə müdirinin Bakı şəhəri Nərmanov metrosunun yaxınlığında çoxotaqlı mənzili, Sulutəpədə villası, Xırdalanda dəyəri 1 milyon manatdan artıq olan cah-cəlallı villası var. Lakin bu hələ hamısı deyil. Belə ki, idarə müdiri bilinməyən maliyyə resursları ilə Xırdalanda 3 hektar torpaq sahəsini alaraq həmin ərazilərdə evlər tikərək ayrı-ayrı adamlara satıb. Rövşən Əhmədovun bu biznesindən əldə etdiyi gəlirinin isə 5 milyon manatın üzərində olduğu bildirilir.
Qeyd edək ki, Qobustan Qış Otlaqları Su Təminatı Sistemləri İdarəsinin müdirinin dövlət büdcəsini necə talan etməsi ilə bağlı faktları növbəti yazımızda oxucularımızın diqqətinə cəlb edəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…/pia/
1092 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber