Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2014

Vəhhabilər Naynava əyalətini bütünlüklə ələ keçiriblər

İraqda terrorçular Kərkük, Salahəddin əyalətlərinin qismən, Naynava əyalətini isə bütünlüklə ələ keçiriblər

Ekstremist qruplaşmalarının silahlı dəstələri iyunun 10-da İraqın Kərkük əyalətini qismən nəzarətə götürüblər.

“İnterfaks”ın verdiyi xəbərə görə, bu barədə İraq polisinin açıqlamasında bildirilib.

Bundan bir az əvvəl isə silahlı ekstremist dəstələr İraqın şimalındakı Salahəddin əyalətinin də bir hissəsini ələ keçiriblər. “Frans Pres”in məlumatına görə, bu barədə İraq ordusunun generalı bildirib.

Bundan başqa, iyunun 10-da Suriyadakı döyüşlərdə fəal iştirak edən "İraq Şam İslam Dövləti" ekstremist qruplaşmasının silahlıları İraqın şimalında Naynava əyalətini və bölgənin inzibati mərkəzi olan Mosul şəhərini ələ keçiriblər.

Xatırladaq ki, bu ilin yanvar ayından Əl-Fəluca şəhəri ekstremistlərin nəzarətindədir.
1154 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:03