Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2014

“Guardian” Əliyevləri ifşa etdi

«Heydər Əliyev avtoritar rejim qurdu; İlham Əliyevlə ölkədə sülalə hakimiyyəti bərqərar oldu»

Böyük Britaniyanın dünyaca məşhur “The Guardian” qəzetində Azərbaycandakı vəziyyətdən bəhs edən material dərc olunub. Materialın dərc olunmasında məqsəd oxuculara Azərbaycanı yaxından tanıtmaqdır. “Azərbaycan haqqında nəyi bilməlisiniz?” başlıqlı məqalədə Azərbaycanda insan hüquqlarının acınacaqlı vəziyyətindən, ölkədə avtoritar hakimiyyətin hökm sürməsindən bəhs olunur.

Müəllif bu vəziyyəti konkret faktlarla “The Guardian”ın yüzminlərlə oxucusunun diqqətinə çatdırır.

“Azərbaycanda bu vaxta qədər azad və ədalətli seçkilər keçirilməyib. Böyük neft və qaz ehtiyatları olan bu ölkə dünyada ən çox korrupsiyaya qurşanmış ölkələrdən biri kimi tanınır. Vaxtilə Kommunist Partiyasının rəhbər şəxslərindən olmuş Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldi və dərhal ölkədə avtoritar rejim formalaşdırmağa başladı. Siyasi rəqiblərilə amansızcasına davranaraq, sərt avtoritar rejim qurdu. 2003-cü ildə oğlu Ilham Əliyevi baş nazir təyin etdi. Bir neçə ay sonra Ilham Əliyev prezident oldu və beləliklə, ölkədə sülalə hakimiyyəti bərqərar oldu.

2012-ci ildə Azərbaycanda “Eurovision” musiqi yarışması keçirildi. Bu müsabiqəyə böyük diqqət göstərənlər eyni zamanda, Azərbaycanda Əliyevin insan hüquq və azadlıqlarına qarşı güclü repressiyalarının şahidi oldular", - deyə məqalədə bildirilir.

“The Guardian” keçmiş sovet respublikaları, o cümlədən Azərbaycanla bağlı maraqlı viktorina da dərc edib. Azərbaycanla bağlı sualda 2013-cü ildə prezident seçkisinin hansı hadisə ilə yadda qaldığı soruşulur və 4 cavab variantı verilir:

1. Seçkinin gedişində seçki məntəqələrində seçki bülletenləri qurtarıb;

2. Hökumət seçkinin nəticələrini seçkiyə bir gün qalmış elan edib;

3. Ağac parçaları ilə silahlanmış gənclər Bakıda seçkini pozublar;

4. Müxalifətdən olan namizəd Cəmil Həsənli son anda namizədliyini geri götürməyə məcbur olub.

Xatırladaq ki, Azərbaycanda 2013-cü il prezident seçkisilə bağlı beynəlxalq səviyyədə səs-küy yaradan hadisə MSK-nın mobil telefonlar üçün hazırlatdırdığı məlumat sisteminə nəticələrin bir gün qabaq ötürülməsi olmuşdu./azadlıq/
1681 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber