Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2014

Messi: “Xəstəliyimin nə olduğunu özüm də bilmirəm”

“Barselona” və Argentina millisinin hücumçusu Lionel Messi son vaxtlar səhhətində yaranan problemlər haqda danışıb.

Ölkəsinin mətbuatına açıqlama verən ulduz futbolçu bir sıra testlərdən keçdiyini və hər hansı bir xəstəliyinin aşkarlanmadığını deyib:

“Barselona” və milli komandamızın həkimləri dəfələrlə məni testdən keçirib. Onlar xəstə olmadığımı bildiriblər. Özüm də xəstəliyimin nə olduğunu bilmirəm. Matç zamanı bəzən qusmaq istəyirəm. Ancaq tezliklə keçib gedir".

Qeyd edək ki, Messi indiyə qədər beş dəfə meydanda qusub. Rumıniya ilə yoldaşlıq görüşündə və La Liqada "Atletik"lə matçda futbolçu bu problemlə üzləşmişdi. Daha əvvəl isə "Levante" və Argentinanın Boliviya ilə qarşı keçirdiyi matçlarda qusmuşdu.
1373 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:32